• Bakı 12° C

    10.87 m/s

  • USD - 1.7

    EUR - 1.9608

    RUB - 2.1123

Yararsız döyüş sursatları məhv ediləcək - XƏBƏRDARLIQ

CƏMİYYƏT

16 Fevral 2026 | 09:20

Yararsız döyüş sursatları məhv ediləcək - XƏBƏRDARLIQ

Pirəkəşkül və Ağdərədə 16-20 fevral tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

Qeyd edilib ki, istismara yararsız sursatların təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda və Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv olunması prosesi həyata keçiriləcək.

"Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq", - nazirlikdən bildirilib.


SON XƏBƏRLƏR

05 Aprel 2026