• Bakı 21° C

    6.56 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0184

Vətəndaşları işə düzəltmək adı ilə aldadan şəxs saxlanılıb

HADİSƏ

28 Sentyabr 2024 | 09:07

Vətəndaşları işə düzəltmək adı ilə aldadan şəxs saxlanılıb

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə dələduzluq etməkdə şübhəli bilinən 62 yaşlı Tahir Qurbanov saxlanılıb.

DİN-in mətbuat Xidmətinin Şəki regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, o, vətəndaşları işə düzəltmək və digər vədlərlə aldadaraq onların 36 min manat pulunu ələ keçirib:

    "Saxlanılan şəxs zərərçəkmişlərə özünü hüquq müdafiəçisi kimi təqdim edib. Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə T.Qurbanov barəsində həbs qətimkan tədbiri seçilib".

    "Onun qanunsuz əməllərindən zərər görən başqa şəxslər olarsa, bu barədə polis orqanlarına məlumat verə bilərlər", - deyə DİN-in məlumatında qeyd edilib.


    SON XƏBƏRLƏR