Balakən Rayon Polis Şöbəsinin (RPŞ) Təhqiqat bölməsinə yeni rəis təyin edilib.
Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, bu vəzifəyə polis polkovnik-leytenantı Ruslan Əsədov təyin olunub.
O, bu təyinata qədər Neftçala RPŞ-də təhqiqatçı vəzifəsində çalışıb. /Report
















