• Bakı 11° C

    3.47 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Vinisius Junior 12 oyunluq cəzalandırıla bilər

İDMAN

04 Yanvar 2025 | 11:15

Vinisius Junior 12 oyunluq cəzalandırıla bilər

İspaniyanın "Real" (Madrid) klubunun futbolçusu Vinisius Junior 4-12 oyun arası diskvalifikasiya oluna bilər.

Bakıvaxtı.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, "Kral klubu"nun vinqeri ötən gün La Liqanın XVII turundan təxirə salınan matçda "Valensiya"nın qapıçısı Stole Dimitrievskini itələyərək yerə yıxıb.

Bu hərəkətinə görə birbaşa qırmızı vərəqə ilə meydandan qovulan 24 yaşlı oyunçunun cəzası yaxın günlərdə dəqiqləşəcək.

Qeyd edək ki, qarşılaşma 2:1 hesabı ilə "Real"ın xeyrinə başa çatıb.


SON XƏBƏRLƏR

18 Aprel 2025