• Bakı 22° C

    10.44 m/s

  • USD - 1.7

    EUR - 1.8675

    RUB - 0.0177

Vüqar Bayramovdan ölkədaxili marginal siyası qruplara SƏRT CAVAB

SİYASƏT

08 Oktyabr 2024 | 16:01

Vüqar Bayramovdan ölkədaxili marginal siyası qruplara SƏRT CAVAB

“Ermənistan işğal altında saxladığı torpaqlarda törətdiyi terrorla ölkəmizə yüz milyard dollar ziyan vurub. Azərbaycan isə son 3 ildə Qarabağ və Şərqi Zəngəzuru bərpasına 10 milyard dollar ayırıb. Ermənistan dağıdır, Azərbaycan bərpa edir. Fərq budur”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında çıxış edən millət vəkili Vüqar Bayramov bildirib.

V.Bayramov əlavə edib ki, Ermənistanın tamamən dağıtdığı ərazilərə baxıb Azərbaycanın suveren hüququ dəstəklənməli idi:

“Lakin bir sıra ölkələr qərəzli davranışlar, addımlar sərgiləməyə davam edir. SSRİ hakimiyyəti zamanı Ermənistanda 170 milyondan çox azərbaycanlı yaşayırdı. 1989-cu ildə isə Ermənistan statistikasında göstərilir ki, bu ərazilərdə bir azərbaycanlı belə yaşamır. 700 minə yaxın azərbaycanlı öz ata-baba yurdundan didərgin salınıb. 30 il müddətində 1 milyon azərbaycanlı etnik təmizləməyə məruz qalıb. Lakin bütün bunlara rəğmən ABŞ ölkəmizə qarşı qərəzli davranışlar sərgiləyir. Amma bu addımların heç bir nəticəsi olmayacaq və Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında günü-gündən daha da güclənəcək”.

Deputat qeyd edib ki, bir sıra ölkələrin qərəzli qətnamə və müraciətlərindən həvəs gələn ölkədaxili syasi marginal qruplar sevinməsələr:

“Azərbaycan güclüdür və cənab prezidentin rəhbərliyi bütün qərəzli xarici təhdidlərə cavab vermək gücündədir”.

Mina Mikayılova


SON XƏBƏRLƏR