• Bakı 25° C

    2.51 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.3231

Vüsal Talıbova hökm oxundu

HADİSƏ

10 Iyun 2026 | 15:22

Vüsal Talıbova hökm oxundu

Yevlaxda atasını qətlə yetirməkdə təqsirləndirilən Vüsal Talıbovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Tural Əfəndizadənin sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Hökmə əsasən, Vüsal Talıbov 16 il müddətinə azadlıqdan məhrum edilib.

O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Qeyd edək ki, hadisə ötən il Yevlax rayonunda baş verib. Təqsirləndirilən Vüsal Talıbov qısqanclıq zəminində atası Hüsü Talıbova 17 bıçaq zərbəsi vuraraq qətlə yetirib.

Ona Cinayət Məcəlləsinin 120.2.4-cü ( xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR