• Bakı 14° C

    11.18 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Xaçmaz sakinində narkotik aşkarlandı

CƏMİYYƏT

18 Avqust 2022 | 11:42 | Müəllif: Subhan Mahmudov

Xaçmaz sakinində narkotik aşkarlandı

Xaçmaz sakinində 5 kiloqram narkotik aşkarlanıb.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Bildirilib ki, Xaçmaz Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları “Xaşxaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində narkotik tərkibli bitkilərin külli miqdarda kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini Elmin Kərimovu saxlayıblar.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin öz həyətində əkib yetişdirdiyi 189 ədəd (140 kiloqram) yaş vəziyyətdə əkilib-becərilməsi qadağan olunmuş çətənə (kannabis) bitkisi və 5,2 kiloqram narkotik vasitə olan marixuana aşkar olunaraq götürülüb.

Bundan başqa, polis əməkdaşlarının keçirdikləri digər əməliyyat-axtarış tədbirləri zamanı rayon sakini Nayib Cəfərov saxlanılıb. Həmin şəxsin üzərinə baxış keçirilən zamanı narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.

Faktlarla bağlı Xaçmaz RPŞ-də cinayət işi açılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026