• Bakı 25° C

    2.5 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

Xaçmazda avtomobil körpudən aşdı, xəsarət alanlar var

HADİSƏ

16 Oktyabr 2022 | 22:28 | Müəllif: Qalib İbrahimoğlu

Xaçmazda avtomobil körpudən aşdı, xəsarət alanlar var

Xaçmaz rayonunda avtomobil körpüdən aşıb.

Bakıvaxtı.az "report.az"a istinadla xəbər verir ki, hadisə Gəndob-Xaçmaz-Yalama magistral yolunun 15-ci km-də, Caqacuq çaydan keçən hissəsində qeydə alınıb.

Belə ki, "Vaz-2106" markalı minik avtomobili hərəkətdə olarkən sürücü idarəetməni itirib və nəqliyyat vasitəsi körpüdən aşıb.

Qəza zamanı rayonun Ərəb kənd sakinləri, 1988-ci il təvəllüdlü Əli Ağamməd oğlu Kərimov və 1993-cü il təvəllüdlü Təyyar Mehtiqulu oğlu Zeynalov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Sentyabr 2026