• Bakı 15° C

    6.78 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Həbsdə olan şəxsin evindən narkotik tapıldı 

HADİSƏ

15 Noyabr 2022 | 12:00

Həbsdə olan şəxsin evindən narkotik tapıldı

Ədliyyə Nazirliyi Penitensiar xidməti və Bakı İstintaq təcridxanasının əməliyyat aparatlarının, Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarışı İdarəsinin və Binəqədi rayon Polis idarəsinin 7-ci Polis bölməsinin əməkdaşları ilə birgə əməliyyat tədbirləri keçirilib.

PX-dən Bakıvaxtı.az-a verilən xəbərə görə, Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq), 234.4.1 və 234.4.3(qanunsuz narkotik dövriyyəsi) maddələri ilə təqsirli bilinərək həbs edilmiş Şəhriyar Cavid oğlu Abbasovun Binəqədi rayonu, 6-cı mikrorayon ərazisində yerləşən evinə baxış keçirilib. Baxış zamanı evdə gizlədilmiş ümumi çəkisi 500 qram olan narkotik vasitə - marixuana və ümumi çəkisi 15 qram olan psixotrop maddə - metamfetamin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026