• Bakı 19° C

    5.63 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Xaçmazda iki obyekt yandı

HADİSƏ

21 Aprel 2024 | 19:09 | Müəllif: Subhan Mahmudov

Xaçmazda iki obyekt yandı

Xaçmazda iki obyektdə yanğın olub. 

Bu barədə Bakıvaxtı.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Məlumata görə, Xaçmaz şəhərində bazar ərazisində bir dam altında tikilən ümumi sahəsi 2 500 m² olan 20 ədəd müxtəlif təyinatlı obyektdən 2 ədədinin dam örtüyünün taxta atmaları 215 m² sahədə və içərisində 2 ədəd soyuducu yanıb. Bitişik obyektlər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Sentyabr 2026