• Bakı 9° C

    5.73 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Xaçmazda və Bakıda evdə yanğın oldu

HADİSƏ

20 Mart 2024 | 12:21

Xaçmazda və Bakıda evdə yanğın oldu

Xaçmaz rayonunun Arzu qəsəbəsində ümumi sahəsi 80 m² olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin 2 otağının yanar konstruksiyaları 40 m² sahədə və dam örtüyü 80 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Bakıvaxtı.az-a verilən xəbərə görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

    Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

    Daha bir yanğın hadisəsi Bakıda baş verib.

    Bakı şəhərinin Sabunçu rayonunda doqquzmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 70 m² olan 3 otaqlı mənzilin 1 otağının yanar kontruksiyaları 18 m² sahədə yanıb.

    Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR