• Bakı 15° C

    6.82 m/s

  • USD - 1.7

    EUR - 1.9216

    RUB - 2.0775

Xalqımız bu tarixi Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd edir

MEDİA

02 May 2025 | 10:49

Xalqımız bu tarixi Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd edir

“Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı misilsiz xidmətləri sırasındadır”.

Bakıvaxtı.az xəbər verir ki, bunu  təşkil edilən “İctimai proseslər media müstəvisində” mövzusunda 2-ci Forumun açılış mərasimində Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov deyib.

Onun sözlərinə görə, Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi müstəvilərdə köklü dəyişikliklərini özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mütərəqqi sənəddir.

“Otuz il bundan öncə ümumxalq səsverməsi ilə qəbul edilmiş Əsas Qanunumuz istər dövlətçiliyimizin möhkəmləndirilməsi, istərsə də onun gələcək dayanıqlı inkişafı baxımından çox mühüm hadisə kimi dəyərləndirilir. Xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtmış Ulu Öndər Heydər Əliyev ölkəni vətəndaş müharibəsi təhdidlərindən xilas edərək hüquqi, demokratik dövlət quruculuğu prosesində mühüm nailiyyətlərə imza atmışdır”.

Bildirib ki, onun ciddi səyləri və rəhbərliyi ilə ərsəyə gəlmiş Konstitusiyamız Azərbaycan dövlətinin bütün uğurlarının, tarixi zəfərlərinin hüquqi bünövrəsi qismində çıxış edir.

“44 günlük Vətən müharibəsində “Dəmir Yumruq” ətrafında sıx birləşmiş xalqımızın tarixi qələbəsi və 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmiş, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğalın aradan qaldırıldığı bütün ərazilərdə bərqərar olmuşdur. 

Xalqımız hər il sentyabr ayının 20-sini böyük iftixar və şərəf hissi ilə Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd edir”.

Mina Mikayılova


SON XƏBƏRLƏR