• Bakı 9° C

    10.04 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Xankəndidə yararsız minatəmizləmə avadanlıqları aşkarlandı - FOTOLAR

CƏMİYYƏT

30 Oktyabr 2023 | 10:19

Xankəndidə yararsız minatəmizləmə avadanlıqları aşkarlandı - FOTOLAR

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) humanitar minatəmizləmə fəaliyyətləri zamanı Xankəndi şəhəri ərazisində “Halo Trust” qeyri-hökumət təşkilatının bazasını aşkarlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ANAMA məlumat yayıb.

Beynəlxalq humanitar qeyri-hökumət təşkilatı olan “Halo Trust”a məxsus bazada qəsdən yararsız hala salınmış xeyli sayda minatəmizləmə avadanlıqları, detektorlara rast gəlinib.

Halbuki bu avadanlıqlar humanitar minatəmizləmə əməliyyatlarında istifadə edilə və mina təhlükəsinin aradan qaldırılmasına xidmət edə bilərdi. Lakin təhlükəsiz mühitin yaradılması məqsədilə istifadə üçün nəzərdə tutulan maddi-texniki vasitələr qəsdən məhv edilib.


Xankəndidə yararsız minatəmizləmə avadanlıqları aşkarlandı - FOTOLARXankəndidə yararsız minatəmizləmə avadanlıqları aşkarlandı - FOTOLARXankəndidə yararsız minatəmizləmə avadanlıqları aşkarlandı - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026