• Bakı 22° C

    2.81 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Xaricdən yeni hotel brendləri gələ bilər

CƏMİYYƏT

11 Yanvar 2024 | 11:22

Xaricdən yeni hotel brendləri gələ bilər

Bu il Azərbaycana xaricdən yeni hotel brendlərinin gələcəyi və nömrə fondunun daha da artacağı gözlənilir.

Bakıvaxtı.az xəbər verir ki, bunu "Azərbaycan Hotel Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri Eldar Əlimuradov Bakıda keçirilən "Turizm Sənayesi Subyektlərinin Forumu"nda bildirib.

"Bütün bunlar məqsədyönlü siyasətin, uğurlu diplomatik əlaqələrin nəticələridir. Xarici brendlərin ölkəmizə gəlməsi bu sahədə peşəkarların yetişdirilməsində mühüm rol oynayır. Bu gün beynəlxalq təcrübəyə malik yerli kadrlarımız nəinki ölkə daxilində, həmçinin xaricdəki hotellərdə yüksək vəzifələrdə çatır və böyük uğurlara imza atırlar", - deyə E.Əlimuradov əlavə edib.

O, Vergi Məcəlləsinə edilən son dəyişikliklərlə regionlarda fəaliyyət göstərən hotel və sanatoriyalara əmlak vergisi öhdəliyi üzrə güzəşt müəyyən edilməsindən də danışıb: "Dəyişikliyə əsasən, regionlarda hotel və sanatoriya fəaliyyətində istifadə olunan daşınmaz əmlaka görə vergi 3 il müddətinə 75 % azaldılıb. İnanırıq ki, bu tədbirlər regionlarda turizmin inkişafına böyük təkan verəcək".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026