• Bakı 9° C

    1.94 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Xarici İşlər Nazirliyində yeni idarə yaradılıb

SİYASƏT

04 May 2021 | 18:15

Xarici İşlər Nazirliyində yeni idarə yaradılıb

Xarici İşlər Nazirliyində (XİN) struktur dəyişikliyi edilib.

Bakıvaxtı.az-ın məlumatına görə, xarici işlər nazirinin yeni müavini Elnur Məmmədovun kurasiyasına daxil olan sahələr müəyyənləşdirilib.

Belə ki, o, XİN-in Amerika İdarəsi, Asiya İdarəsi, YUNESKO üzrə Milli Komissiyanın Daimi Katibliyi, Ümumi Katiblik, Linqvistika Təminat İdarəsi, Arxiv İdarəsi, Xüsusi Şöbə və İşlər İdarəsinin fəaliyyətinə nəzarəti həyata keçirəcək.

Qeyd edək ki, daha əvvəl bu strukturlara nəzarət nazir müavini Fariz Rzayevə həvalə olunmuşdu.

Xatırladaq ki, Elnur Məmmədov ötən ay xarici işlər nazirinin müavini təyin edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR