• Bakı 26° C

    1.35 m/s

  • USD - 1.7

    EUR - 1.817

    RUB - 0.0199

Xerson vilayətində vəba əleyhinə vaksin ehtiyatı yaradılıb

DÜNYA

27 Iyun 2024 | 17:35

Xerson vilayətində vəba əleyhinə vaksin ehtiyatı yaradılıb

"Xerson vilayətində vəziyyət və tədbirlərin həyata keçirilməsi Rospotrebnadzorun ciddi nəzarəti altındadır".

Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki, bu, "Rospotrebnadzor"un (İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət Federal Xidməti) yaydığı açıqlamada qeyd olunub. 

Bildirilib ki, vəba peyvəndindən kritik vəziyyətdə istifadə olunacaq. Peyvənd ehtiyatının yaradılması Xerson vilayətinin Kiyevin nəzarətində olan hissəsində hərbçilər və mülki əhali arasında vəba xəstəliyinin baş verməsi barədə məlumatla bağlıdır.

"Xerson vilayətinin Ukraynanın nəzarətində olan hissəsində epidemiyanın baş verməsi ilə bağlı xəbərlər fonunda Rusiyada vəba ilə bağlı vəziyyət stabil olaraq qalır". - bəyanatda vurğulanıb.

Gülşən Şərif


SON XƏBƏRLƏR

29 Iyun 2024