• Bakı 15° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Xəzərin enmə səviyyəsi ən çox bu il qeydə alınıb - ETSN

CƏMİYYƏT

29 Dekabr 2021 | 12:58 | Müəllif: Qalib İbrahimoğlu

Xəzərin enmə səviyyəsi ən çox bu il qeydə alınıb - ETSN

"Xəzər dənizinin səviyyəsi ən çox 2021-ci ildə - 35 sm aşağı düşüb".

Bakıvaxtı.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat konfransında Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib.

Nazirlik rəsmisi suyun səviyyəsinin aşağı düşməsinin bəzi ölkələri də narahat etdiyini deyib: "Dəniz suyunun aşağı enməsi Xəzəryanı ölkələr üçün narahatlıq doğurur. 2005-ci illə müqayisədə Xəzərin suyu 19 sm aşağı enib. Xəzər dənizinin aşağı enmə səviyyəsi ən çox bu il qeydə alınıb. Gələn ilin mart ayında nazirliyin təşəbbüsü ilə konfrans keçiriləcək və alman mütəxəssisləri və s. iştirakı ilə bağlı bu istiqamətdə elmi bazanın yaradılması məsələsinə diqqət yetirəcəyik".

Nazir müavini Vüqar Kərimov isə suyun səviyyəsinin azalmasına cavab olaraq ekoloji çirklənmənin olduğunu bildirərək, bu istiqamətdə müvafiq işlərin görüləcəyini deyib.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026