• Bakı 23° C

    2.38 m/s

  • USD - 1.7

    EUR - 1.9849

    RUB - 2.178

Xıdırlıya 188 ailə köçürüləcək

CƏMİYYƏT

15 Iyul 2025 | 15:43

Xıdırlıya 188 ailə köçürüləcək

Ağdamın Xıdırlı kəndinə bu ay ərzində 188 ailənin köçü təmin ediləcək.

Bakıvaxtı.az xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib.

Onun sözlərinə görə, növbəti iki ay ərzində isə müvafiq olaraq 195 və 390 ailə kəndə köçürüləcək.

Qeyd olunub ki, Böyük qayıdış birinci Dövlət Proqramı çərçivəsində Ağdam rayonunun 5 kəndindən 3-də köç təmin olunur.

Paralel olaraq, Baş Qərvənd və Eyvazxanbəyli kəndlərində tikinti işlərinə bu ay start veriləcək: “2026-cı ilin sonun qədər bu kəndlərdə də bərpa işləri yekunlaşacaq və əhalinin köçürülməsi təmin ediləcək”.


SON XƏBƏRLƏR