• Bakı 15° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Xırdalanda İrandan gətirilən 2 kq narkotik götürüldü

CƏMİYYƏT

29 Dekabr 2023 | 13:35

Xırdalanda İrandan gətirilən 2 kq narkotik götürüldü

Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib.

DİN-dən Bakıvaxtı.az-a verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Masallı rayon sakini Mircəlal Əkbərli saxlanılıb. Həmin şəxsin üzərinə və yaşadığı evə baxış zamanı 2 kiloqrama yaxın psixotrop maddə metamfetamin və narkotik vasitə heroin aşkar olunaraq götürülüb.
Araşdırmalarla müəyyən edilib ki, M.Əkbərli şəxsiyyət istintaqla araşdırılan İran vətəndaşı ilə sosial şəbəkələr vasitəsilə əlaqə yaradaraq ölkə ərazisinə müxtəlif qanunsuz yollarla göndərilən narkotikləri Xırdalan şəhərində satmaq məqsədi ilə qəbul edib.
Faktla bağlı Abşeron RPİ-də araşdırma aparılır. Narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.


Xırdalanda İrandan gətirilən 2 kq narkotik götürüldüXırdalanda İrandan gətirilən 2 kq narkotik götürüldü
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026