• Bakı 23° C

    2.38 m/s

  • USD - 1.7

    EUR - 1.9849

    RUB - 2.178

Xırdalanda işıq olmayacaq

CƏMİYYƏT

15 Iyul 2025 | 16:21

Xırdalanda işıq olmayacaq

Xırdalanda elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bu barərə Bakıvaxtı.az-a "Azərişıq"dan bildirilib..

Məlumata görə, buna səbəb Xırdalanda yenidənqurma işlərinin aprılmasıdır. 

Qeyd olunub ki,Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən 110/35/10 kV-luq “Əliağa Vahid” yarımstansiyasında yeni quraşdıran 25 mVA gücündə transformator iyulun 15-də elektrik şəbəkəsinə qoşulacaq. Bununla əlaqədar olaraq saat 16:30-dan 17:30-dək Xırdalan şəhərinin bəzi hissələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. 

Yenidənqurma işləri başa çatdıqdan sonra sözügedən ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.


SON XƏBƏRLƏR