• Bakı C

    11.95 m/s

  • USD - 1.7

    EUR - 1.8507

    RUB - 0.0182

Xudafərin körpüsü bərpa edilə bilər

CƏMİYYƏT

30 Iyun 2022 | 22:40

Xudafərin körpüsü bərpa edilə bilər

Azərbaycan mədəniyyət naziri Anar Kərimov İran İslam Respublikasının mədəni irs, turizm və əl işləri sənayesi naziri Seyid İzzətulah Zərqami ilə görüşüb.

Mədəniyyət Nazirliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, mədəniyyət naziri bildirib ki, iki dost ölkənin qədim tarixə malik münasibətlərinin təməli qarşılıqlı etimad üzərində qurulub. O, həmçinin mədəni və humanitar sahədə əməkdaşlığın önəmindən danışıb.

Dəvət üçün nazirə təşəkkürünü bildirən Seyid İzzətulah Zərqami də öz növbəsində ölkələrimiz arasında tarixən mövcud olan və uğurla davam edən möhkəm dostluq münasibətlərində bu gün kütləvi informasiya vasitələrinin də böyük rolu olduğunu vurğulayıb.

Tərəflər həmçinin işğaldan azad olunmuş tarixi torpaqlarımızda dağıdılmış həm müsəlman, həm də xristian dininə aid məbədlərin eyni həssaslıqla bərpa olunduğunu bildirərək yüksək qiymətləndiriblər. Mədəniyyət paytaxtımız Şuşanın İslam dünyası üçün kəsb etdiyi yüksək dəyərdən danışıblar. Həmçinin qlobal problemlərdən sayılan islamofobiya ilə mübarizədə birgə əməkdaşlığın önəmi bildirilib.

Eləcə də Qarabağda davam edən yenidənqurma və bərpa işlərində İranın təcrübəsindən yararlanmağın vacibliyi vurğulanıb.

Xudafərin körpüsünün birgə bərpası məqsədilə Anlaşma Memorandumunun imzalanması barədə də fikir mübadiləsi aparılıb.

Görüş tərəfləri maraqlandıran bir sıra mövzuların müzakirəsi ilə davam edib.


SON XƏBƏRLƏR

18 Mart 2024