Cinayətkarlar Oman körfəzində ələ keçirdikləri gəmini tərk ediblər.
Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Britaniya Dəniz Ticarət Təşkilatı (UKMTO) məlumat yayıb: "Gəmini ələ keçirənlər onu tərk ediblər.Gəmi təhlükəsizlikdədir. Hadisə bitib.”
Onu da qeyd edək ki, gəminin adı ilə bağlı məlumat verilməyib.
















