• Bakı 13° C

    8.97 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Yaponçikin qatilləri ilə bağlı qərar

DÜNYA

14 Dekabr 2021 | 00:07 | Müəllif: Subhan Mahmudov

Yaponçikin qatilləri ilə bağlı qərar

Moskva məhkəməsi “Yaponçik” ləqəbli məşhur qanuni oğru Vyaçeslav İvankovun qatilləri ilə bağlı qərarını elan edib.

Bakıvaxtı.az xəbər verir ki, Yaponçikin qətlində ittiham edilən Murtazi Şadaniya və Cambul Canaşiya 15 və 16 il müddətinə azadlıqdan məhrum edilib.

Qərara əsasən, onlar cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəklər.

Qeyd edək ki, Yaponçik rus mafiyasının lideri hesab olunurdu. O, 2009-cu ildə snayper atəşi nəticəsində öldürülüb. Ehtimal olunur ki, qətlin sifarişçisi digər qanuni oğru “Maxo” ləqəbli İlya Simoniyadır. Onun kriminal aləmdə təsir dairələrini yenidən bölüşdürmək üçün Yaponçiki öldürdüyü güman edilir.

Yaponçikin tərəfdarları bir ara iddia edirdilər ki, sui-qəsdin sifarişçiləri arasında 2016-cı ildə İstanbulda qətlə yetirilən qanuni oğru Rövşən Lənkəranski ilə yanaşı Merab da olub.(axar.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026