"Bu il Yaponiya özünün müdafiə qabiliyyətinin artırılmasına və ABŞ ilə ittifaqın möhkəmlənməsinə xüsusi diqqət yetirəcək".
Bakıvaxtı.az "Yonhap"a istinadən xəbər verir ki, bunu Yaponiyanın Baş naziri Şiqeru İşiba mətbuat konfransında deyib.
O, ölkəsinin regionda tərəfdaşlıq şəbəkəsini dərinləşdirəcəyini vəd edib.
"Ən önəmlisi ölkəmizin müdafiə qabiliyyətidir. Bu, heç kimin ölkəmizə qarşı müharibəyə getməməsini təmin etmək üçün kifayət qədər çəkindirici qüvvələrdir. Yaponiya təkcə öz imkanlarını artırmaqla qalmayacaq, həm də müdafiəni gücləndirəcək", - deyə baş nazir qeyd edib.
Gülşən Şərif