• Bakı 12° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.8399

    RUB - 0.0185

Yararsız məhsullar məhv edildi

CƏMİYYƏT

01 Dekabr 2022 | 16:17

Yararsız məhsullar məhv edildi

Azərbaycana idxal olunan bioloji aktiv qida məhsulu partiyasının yararsız olduğu aşkarlanıb.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA)-dan məlumat verilib.

Bildirilib ki, həyata keçirilən nəzarət tədbirləri çərçivəsində hüquqi şəxs “Jala Pharma” MMC tərəfindən Ruminiyada fəaliyyət göstərən “S.C.Laboratoarele Medica S.R.L” şirkətinə məxsus müəssisədən idxal olunan ümumi çəkisi 217 kq (10 000 ədəd) olan “Zink Godarov Kapsul №30” əmtəə nişanlı bioloji aktiv qida məhsulundan Agentliyin müfəttişləri tərəfindən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında müayinələrə cəlb olunub. Müayinələr nəticəsində nümunələrdə ağır metalların (Qurğuşun (Pb), Kadmium (Cd)) miqdarının normadan artıq olduğu aşkar olunub.

Agentlik tərəfindən istehlaka yararsız bioloji aktiv qida məhsulu partiyasının məhv edilməsi ilə bağlı müvafiq qərar qəbul edilib.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq tədbirlər görüləcək.


SON XƏBƏRLƏR