Tovuzda piyadanın ölümü ilə nəticələn ağır yol qəzası olub.
Bakıvaxtı.az APA-ya istinadən bildirir ki, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb. Hərəkətdə olan "Nazlifan "markalı minik maşını yolu keçmək istəyən 1957-ci il təvəllüdlü Nüşabə Məmmədovanı vurub. Piyada hadisə yerində keçinib.
Faktla bağlı araşdırma aparılır.















