• Bakı 24° C

    0.63 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Yatmamışdan əvvəl bunları ETMƏYİN

CƏMİYYƏT

13 Oktyabr 2021 | 12:44

Yatmamışdan əvvəl bunları ETMƏYİN

Yaxın Şərq Universiteti Xəstəxanasının elmlər doktoru Fadime Tülücü, nizamlı və keyfiyyətli yuxunun güclü bir immunitet sistemi üçün lazımlı şərtlərdən biri olduğunu bildirib.

Bakıvaxtı.az xəbər verir ki, dr. Fadime Tülücü bildirib ki, vücudumuzun həm istirahət etməsi, həm də yenilənməsi üçün yuxuya ehtiyacı var:

“İmmun sistem hüceyrələri yuxuda çoxalır və yenilənir. Araşdırmalar göstərir ki, uzun müddətli yuxusuzluq immunitet sistemində pisləşməyə və heyvanlarda infeksiyalar səbəbiylə ölümə səbəb olur. Yuxu keyfiyyəti də qan təzyiqini və şəkər balansını pozaraq bədənin infeksiyalara qarşı müqavimətini azaldır.

İnsan beyni gecə yatmaq və gündüz oyanmaq üçün proqramlaşdırılmışdır. Melatonin istehsalı gecə 23:00 ilə 02:00 arasında zirvəyə çatdığından bu olmalıdır. Xüsusilə bu saatlarda yuxuda olmağa diqqət yetirilməlidir. Məlumdur ki, gecə yaxşı yatan insanlarda immun sistemi yata bilməyən və ya sadəcə gündüz yatan insanlara nisbətən daha güclü olur. Ona görə də gecə yuxusu 5 saatdan az olmamalıdır. Həmçinin qeyd edim ki, 9 saatdan çox davam edən yuxunun faydalı olmadığını da unutmamalıyıq".

"Hər gün eyni vaxtda yatmağa diqqət edin. "Yatmazdan əvvəl musiqi dinləmək kimi istirahət metodlarınızı həyat tərzinizin bir hissəsi halına gətirin. Gün ərzində idman edin. Ancaq yatmaq vaxtınıza 4-5 saat qalmış idman etmək olmaz.

Texnoloji cihazlarla yatmayın. Yataq otağınızın qaranlıq, isti və sakit olduğuna əmin olun. Axşamlar spirt və kofeindən uzaq durun. Gecələr yuxuya gedə bilmədiyiniz zaman özünüzü yataqda qalmağa məcbur etməyin. Sizi çox yükə salmayan bir fəaliyyətlə məşğul olun, yuxunuz gəldiyində yatın. Nə çox ac, nə də çox tox yatmayın".

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR