Yəmənin Hodeyda liman şəhərindən cənub-qərbdə yerləşən ərazidə yelkənli gəmiyə hücum cəhdi qeydə alınıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin nəzdində fəaliyyət göstərən Dəniz Ticarət Daşımalarının Koordinasiya Mərkəzi (UKMTO) məlumat yayıb.
Bildirilib ki, insident Hodeyda şəhərindən təxminən 54 dəniz mili məsafədə baş verib.
Məlumata görə, göyərtəsində təxminən 12 nəfərin olduğu kiçik qayıq yelkənli gəmiyə yaxınlaşıb. Həmin şəxslərdən 4-5-nin avtomat silahlarla silahlandığı qeyd olunur.
Qayıq ekipajı yelkənli gəminin dayanmasını tələb edib. Lakin kapitanın bu tələbə əməl etməməsindən sonra onlar gəmiyə yaxınlaşaraq göyərtəyə çıxmağa cəhd ediblər.
Hadisə zamanı kapitan siqnal raketindən istifadə edib. Bundan sonra qayıq geri çəkilərək cənub-şərq istiqamətində ərazidən uzaqlaşıb./Teleqraf
Bakı 




