• Bakı 12° C

    5.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Yeni təyin olunan 32 yaşlı nazir KİMDİR? - DOSYE

CƏMİYYƏT

04 Iyun 2024 | 16:32 | Müəllif: Subhan Mahmudov

Yeni təyin olunan 32 yaşlı nazir KİMDİR? - DOSYE

Xəbər veridyimiz kimi, bu gün Naxçıvan Muxtar Respublikasına yeni ekologiya və təbii sərvətlər naziri təyin edilib. Bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov Sərəncam imzalayıb.

Sərəncama əsasən, Xanlar Mustafayev Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri təyin edilib. 

Bakıvaxtı.az news24.az-a istinadən yeni təyin olunan nazir haqqında bəzi məlumatları təqdim edir:

Xanlar Aftandil oğlu Mustafayev bu təyinata qədər Naxçıvan Muxtar Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini təyin olub. Nazir vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti də X.Mustafayevə verilmişdi.

1992-ci il təvəllüdlü Xanlar Mustafayev bu təyinatadək Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində müxtəlif məsul vəzifələrdə çalışıb, nazirliyin tabeliyində Geoloji Kəşfiyyat Agentliyi publik hüquqi şəxsin İdarə Heyəti sədrinin müavini postunu tutub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026