• Bakı 20° C

    2.87 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Yerüstü keçidlər niyə taxta ilə üzlənir? - AÇIQLAMA

CƏMİYYƏT

01 Noyabr 2024 | 12:17 | Müəllif: Əli Hüseynov

Yerüstü keçidlər niyə taxta ilə üzlənir? - AÇIQLAMA

Bakı şəhərinin müasirləşdirilməsi istiqamətində atılan növbəti addım yerüstü piyada keçidlərinin üzlənməsidir.

Bakıvaxtı.az oxu.az-a istinadla xəbər verir ki, 8 Noyabr prospektində aparılan bu işlər sosial şəbəkələrdə müzakirə mövzusu olub.

Diqqət çəkən əsas məqam isə keçidin üzlənməsinin taxta örtüklə həyata keçirilməsi olub.

Bakı Abadlıq Xidmətinin əməkdaşı, rəssam Emin Ələkbərov 8 Noyabr prospektindəki keçidlərin taxta ilə üzləndiyi faktını təsdiqləyib.

"Bunlar xüsusi qurudulmuş vəziyyətdə olan termotaxtalardır. Onlar həm ekoloji, həm estetik, həm də rəng nöqteyi-nəzərdən, yəni rənglərin məkana uyğun seçilməsi baxımından çox uyğundur. Bu termotaxtalar estetik cəhətdən daha müasir və daha dayanıqlıdırlar. COP29-la bağlı çalışmışıq ki, plastik materiallardan uzaq olan üzlük materialları seçək", - deyə E.Ələkbərov qeyd edib. 


Yerüstü keçidlər niyə taxta ilə üzlənir? - AÇIQLAMA
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026