Yevlaxda iki avtomobil toqquşub.
Bakıvaxtı.az xəbər verir ki. hadisə Yevlax şəhəri Heydər Əliyev prospektində baş verib. Belə ki, "VAZ-2107" markalı avtomobil "Ford" markalı minik maşını ilə toqquşub. Qəza nəticəsində "VAZ"da olan 1983-cü il təvəllüdlü Salahov Anar Ramiz oğlu müxtəlif dərəcəli xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
















