• Bakı 12° C

    3.7 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Yol polisinin saxladığı maşından silah-sursat çıxdı

HADİSƏ

24 May 2021 | 14:08

Yol polisinin saxladığı maşından silah-sursat çıxdı

Mayın 22-də saat 16 radələrində Bakı şəhər sakini E.Həsənovun idarə etdiyi “Tofaş” markalı avtomobil Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə Bakivaxti.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Avtomobilə baxış zamanı çoxsaylı səs-siqnal quraşdırılması müəyyən edilmiş, habelə 1 ədəd balta, 1 ədəd “Draqon” markalı ov tüfəngi, 14 ədəd patron, 1 ədəd “Jenix” markalı göz yaşardıcı qaz balonu, 1 ədəd elektroşoker və 8 büküm narkotik vasitə aşkar edilərək götürülüb.

Araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026