• Bakı 14° C

    4.92 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Yolda hərəkət edən qapısız ambulansla bağlı - AÇIQLAMA - VİDEO

CƏMİYYƏT

15 Yanvar 2025 | 15:26

Yolda hərəkət edən qapısız ambulansla bağlı - AÇIQLAMA - VİDEO

Sumqayıt şəhərində qapısı olmayan təcili tibbi yardım avtomobili küçədə hərəkət edərkən görüntülənib.

Bakıvaxtı.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə video yayılıb.

Görüntülərdən 90-JX-608 dövlət qeydiyyat nişanlı ambulansın qapısı olmadan hərəkət etdiyini görmək mümkündür.

Məsələyə aydınlıq gətirilməsi üçün TƏBİB-ə müraciət etdik. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, sözügedən görüntülər avtomobil təmirə aparılarkən çəkilib: “Məlum video 15 yanvar tarixində Sumqayıt Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına aid olan və xidmətdən kənarda olan sanitar avtomobil təmirə göndərilərkən çəkilib.

Məlumat üçün bildirək ki, avtomobilin qapısında nasazlıq yarandığı üçün Sumqayıt bölməsinin qarajına təmirə göndərilib və artıq təmir edilən təcili tibbi yardım avtomobili təkrar xidmətə buraxılıb”.

 


SON XƏBƏRLƏR

18 Aprel 2025