• Bakı 8° C

    4 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Yolların buz bağlaması ehtimalı var - XƏBƏRDARLIQ

CƏMİYYƏT

05 Dekabr 2022 | 12:15 | Müəllif: Qalib İbrahimoğlu

Yolların buz bağlaması ehtimalı var - XƏBƏRDARLIQ

Milli Hidrometeorologiya Xidmətinin dekabrın 5-i saat 12:00-a olan məlumatına əsasən Daşkəsən, Gədəbəy, Naftalan, Gəncə, Şəmkir, Ağstafa, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, İsmayıllı, Şamaxı, Quba, Şabran, Tərtər, Yardımlı rayonlarına qar yağır.

Bu barədə Bakıvaxtı.az-a Xidmətdən bildirilib.

Məlumata görə, havanın temperaturu Bakıda və Abşeron yarımadasında 4 dərəcəyədək, Aran rayonlarında 3 dərəcəyədək isti, dağlıq rayonlarda 5-8, yüksək dağlıq ərazilərdə 11-13 dərəcə şaxta qeydə alınıb.

"Ölkə ərazisində müşahidə olunan soyuq, şaxtalı hava şəraiti ilə əlaqədar dağlıq rayonlarda yolların buz bağlaması ehtimalı var", - deyə Milli Hidrometeorologiya Xidmətinin məlumatında bildirlir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR