Azərbaycanda bu gün koronavirus infeksiyasına 7 050 yeni yoluxma faktı qeydə alınıb, 3 435 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Son sutkada 26 nəfər COVID-19-dan dünyasını dəyişib.
İndiyədək ölkədə ümumilikdə 683 476 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 637 429 nəfər müalicə olunaraq sağalıb, 8 823 nəfər vəfat edib, aktiv xəstə sayı 37 224 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 19 481, ötən müddət ərzində isə ümumilikdə 6 227 883 test aparılıb.

















