Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 35 yeni yoluxma faktı qeydə alınıb, 76 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Bakıvaxtı.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
İndiyədək ölkədə ümumilikdə 820 858 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 809 597 nəfər müalicə olunaraq sağalıb, hazırda 1 282 aktiv xəstə var. Bu günə qədər 9 903 nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 973, bu günə qədər isə ümumilikdə 7 238 737 test icra olunub.













jpg-1666777923.webp)



