Yunanıstan parlamenti baş nazir Kiriakos Mitsotakisin rəhbərlik etdiyi sağ mərkəzçi Yeni Demokratiya partiyasının yaratdığı hökumətin lehinə səs verib.
Bakıvaxtı.az-ın TASS-a istinadən məlumatına görə, 300 yerlik birpalatalı parlamentdə hakim partiyanın 156 deputatı hökumətə etimad üçün səs verib. Bütün müxalifət partiyalarından 142 deputat əleyhinə çıxış edib. Bir deputat bitərəf qalıb.
Ümumilikdə 299 parlament üzvü səs verib, biri xəstəxanada olduğu üçün səsvermədə iştirak etməyib.
















