• Bakı 22° C

    2.81 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

"Yuxarı Lars" yenidən BAĞLANDI

DÜNYA

13 Dekabr 2024 | 19:03 | Müəllif: Subhan Mahmudov

"Yuxarı Lars" yenidən BAĞLANDI

Gürcüstandan Rusiyaya gedən “Yuxarı Lars” beynəlxalq keçid məntəqəsi bütün növ nəqliyyat vasitələri üçün bağlanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistanın Rusiya Federasiyasındakı səfirliyinin gömrük attaşesi məlumat verib.

“Beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepantsminda-Lars avtomobil yolunun Qudauri-Kobi hissəsində qar uçqunu riski yüksəkdir, ona görə də bütün növ avtomobillər üçün bu hissədən keçid qadağandır”, - deyə bildirilib.

Xatırladaq ki, Yuxarı Lars keçid məntəqəsindən keçən yol hazırda Ermənistanı Rusiya ilə (Gürcüstan ərazisindən) birləşdirən yeganə quru marşrutdur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026