• Bakı 23° C

    8.28 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Zaqatalada avtomobilin vurduğu qadın öldü

HADİSƏ

22 Yanvar 2023 | 20:04 | Müəllif: Subhan Mahmudov

Zaqatalada avtomobilin vurduğu qadın öldü

Zaqatalada piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, hadisə axşam saatlarında Zaqatala şəhər ərazisində baş verib.

Hərəkətdə olan VAZ-21015 markalı minik avtomobili rayonun Üçüncü Tala kənd sakini 55 yaşlı Güləsər Əli qızı Əliyevanı vurub.

Qəza zamanı ağır bədən xəsarətləri alan Güləsər Əliyeva dünyasını dəyişib.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Sentyabr 2026