Türk xalq musiqisinin sevilən səsi, estetikası ilə fərqli görünüş qazanan Zara konsert öncəsi jurnalistlərə açıqlama verib.
Bakıvaxtı.azxəbər verir ki, Zara necə fit qaqlmasının sirrini açıb. Belə ki, müğənni pəhriz saxladığını və bu yaxınlarda qohumunu itirməsinin arıqlamasına səbəb olduğunu bildirib.
Sənətçi bildirib ki, yaxın günlərdə əmisini itirib: "Bir müddət yemək yemədim. O, atamın yarısı idi. Allah rəhmət eləsin".
"Bir müddətdir pəhriz saxlayıram. Saat 16.00-dan sonra yemək yemirəm. Yalnız bitki çayları istifadə edirəm. Gündə təxminən 16 saat oruc tuturam. Böyük faydalar gördüm",-deyə Zara qeyd edib.
Xəyalə Rza


















