• Bakı 14° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Zelenski rus xalqına MÜRACİƏT ETDİ

DÜNYA

04 Mart 2022 | 15:25 | Müəllif: Qalib İbrahimoğlu

Zelenski rus xalqına MÜRACİƏT ETDİ

Rusiyanın Ukraynaya hücumları Avropa tarixinə düşəcək.

Bakıvaxtı.az xəbər verir ki, bunu “Telegram”da paylaşdığı videomüraciətdə Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Onun sözlərinə görə, Rusiya ordusu Avropanın ən böyük elektrik stansiyası olan Zaporojye Atom Elektrik Stansiyasına hücum edib.Ukrayna Prezidenti deyib ki, Çernobıldan 6 dəfə böyük fəlakət ola bilərdi.

“Bu, görünməmiş hadisədir. Terrorizmdir”, - deyə Zelenski bildirib.

Ukraynada 15 nüvə blokunun olduğuna diqqət çəkən V.Zelenski rus xalqına müraciət edib: “Biz hamımız 1986-cı ildə Çernobıl qəzasının nəticələri ilə mübarizə apardıq. Çernobıl partlayışı nəticəsində yanan qrafit parçalarını, ölənləri, elektrik stansiyasındakı nüvə partlayışlarını, 30-dan çox insanın təxliyəsini xatırlamalısınız. Bunu necə yaddan çıxarmaq olar? Əgər unutmamısanızsa, susmamalısınız”.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026