• Bakı 13° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Zelenski Sunakla HHM-in gücləndirilməsini müzakirə etdi

DÜNYA

02 Yanvar 2024 | 22:51 | Müəllif: Subhan Mahmudov

Zelenski Sunakla HHM-in gücləndirilməsini müzakirə etdi

Ukrayna Prezidenti Volodimir Zelenski ilə Böyük Britaniyanın Baş naziri Rişi Sunak arasında telefon danışığı olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin Ofisi press-reliz yayıb.

Bildirilib ki, tərəflər başda hava hücumundan müdafiənin, Ukrayna Silahlı Qüvvələrinin uzaqmənzilli imkanlarının daha da gücləndirilməsi və Ukraynanın silah-sursatda digər təcili ehtiyaclarının ödənilməsi olmaqla müdafiə sahəsində əməkdaşlığın davam etdirilməsini müzakirə ediblər.

Eyni zamanda, Ukrayna lideri britaniyalı siyasətçini Rusiyanın Ukraynaya son kütləvi hücumu haqqında da bilgiləndirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR