• Bakı 11° C

    5.66 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Zelenski  Təhlükəsizlik Şurasını topladı

DÜNYA

27 Iyul 2023 | 15:03

Zelenski Təhlükəsizlik Şurasını topladı

Ukrayna Prezidenti Volodimir Zelenski Dnepr şəhərində Milli Təhlükəsizlik Şurasının (Stavkanın) səyyar toplantısını keçirib.

Bakıvaxtı.az xəbər verir ki, bunu dövlət başçısı teleqram kanalında yazıb.

İclasda cəbhədəki vəziyyət və əks-hücumun gedişi müzakirə olunub.

Yığıncaqda Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı general-leytenant Valeri Zalujnı, Quru Qoşunlarının komandanı general-polkovnik Aleksandr Sırski və “Tavriya” Qoşunları Qrupunun komandanı briqada generalı Oleksandr Tarnavskinin məruzələri dinlənilib.

İclasda Ukrayna Hava Hücumundan Müdafiə sistemlərinin istifadəsi və gücləndirilməsinin səmərəliliyi nəzərdən keçirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026