• Bakı 15° C

    1.05 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Zelenski yalan demir, ancaq aldadır - Korotçenko

DÜNYA

02 Yanvar 2024 | 21:25 | Müəllif: Subhan Mahmudov

Zelenski yalan demir, ancaq aldadır - Korotçenko

Ukrayna Prezidenti Vladimir Zelenski öz bəyanatlarında Rusiya ordusunun 2023-cü ildə açıq-aşkar strateji uğurunu uğursuzluq kimi təqdim etməklə Ukrayna qoşunlarına nikbinlik aşılamağa çalışır.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri hərbi ekspert İqor Korotçenko Zelenskinin “Ekonomist”ə müsahibəsində Ukraynanın keçən yay əks-hücumundan əvvəl sızan məlumatların Rusiyaya müdafiəsini hazırlamağa kömək etməsi və rus ordusunun 2023-cü ildə bir dənə də böyük şəhəri ala bilməməsi haqda fikirlərinə reaksiyasında deyib.

Korotçenko bildirib ki, Rusiya ordusunun 2023-cü ildə vəzifəsi müdafiə mövqeləri qurmaq və strateji döyüşlər aparmaq idi, çünki Ukraynanın NATO silahları ilə imkanları genişləndirilmişdi.

Korotçenko Zelenskinin Rusiya ordusunun bir dənə də olsun böyük şəhəri tutmadığı iddiasına isə bu cür cavab verib:

“Çünki belə bir vəzifə sadəcə olaraq strateji müdafiə əməliyyatı çərçivəsində qarşıya qoyulmamışdı”.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026