• Bakı 14° C

    7.57 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Ukrayna Rusiyanın raket katerini batırdı - ANBAAN VİDEO

SİYASƏT, DÜNYA

01 Fevral 2024 | 17:21

Ukrayna Rusiyanın raket katerini batırdı - ANBAAN VİDEO

Ukrayna Baş Kəşfiyyat idarəsinin “Group 13” adlı xüsusi bölmələrinin döyüşçüləri Rusiyanın Qara dəniz donanmasına məxsus “İvanovets” raket katerini batırıblar.

Bakıvaxtı.az “Ukrainskaya pravda”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Ukrayna Baş Kəşfiyyat idarəsi yayıb. 

Hadisənin yanvarın 31-dən fevralın 1-nə keçən gecə Rusiya tərəfindən ilhaq olunan Krımda Donuzlav gölündə baş verdiyi bildirilir. 

Korpusuna endirilən birbaşa zərbələrdən sonra katerə zərər dəyib və daha sonra batıb. Məlumata görə, rusiyalı hərbçilərin Donuzlavda həyata keçirdiyi axtarış-xilasetmə əməliyyatları nəticə verməyib. 

Baş Kəşfiyyat idarəsi “İvanovets”in qiymətinin təqribən 60-70 milyon dollar olduğunu bildirib.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026