• Bakı 11° C

    7.48 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Zəlzələdən necə sağ çıxmaq olar? - Həkim MƏSLƏHƏTİ

CƏMİYYƏT

15 Fevral 2023 | 11:00 | Müəllif: Qalib İbrahimoğlu

Zəlzələdən necə sağ çıxmaq olar? - Həkim MƏSLƏHƏTİ

Türkiyədə baş verən güclü zəlzələlərdən 10 gün keçir. Hər ötən dəqiqə ölüm sayını da artırır. Axtarış-xilasetmə işləri zamanı xilasedicilər möcüzə ilə də qarşılaşırlar. Belə ki, zəlzələdən bir neçə gün sonra dağıntılar altından sağ çıxarılanlar da olur. Növbəti belə möcüzə Adıyamanda olub. Belə ki, 77 yaşlı qadın zəlzələdən 212 saat sonra - zəlzələnin 9-cu günü dağıntıların altından sağ çıxarılıb.

Bir insan bu müddətdə ac, susuz necə qala bilər?

Terapevt Rasif Bağırov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, insan normal halda susuz 1 həftə, ac vəziyyətdə isə daha uzun qala bilir: “Çünki su bir az çətin vəziyyətdir. Orqanizmdə gedən bütün biokimyəvi proseslərin hamısı su vasitəsi ilə həyata keçirilir. İnsan bədənində suyun faizi kifayət qədər yüksəkdir. Ona görə də, su 50%-dən aşağı düşəndə insanlar üçün həddindən artıq çətin bir vəziyyət yaranır”.

Onun sözlərinə görə, insan ekstremal vəziyyətə düşəndə bəzi məsələlər dəyişir. Bu vəziyyətdə orqanizmin qoruma funksiyası işə düşür. İnsan o ekstremal vəziyyətə düşməsə, bədən heç vaxt o qədər səfərbərlik edə bilməz: “Məsələn, insan bədəni kimləsə qarşı qarşıya ölüm-dirim münaqişəsi, yəni sağ qalmaq lazım olarsa, səfərbərliyə alınır. Həbsə düşən insanlarda da daim nəzarət və qorxu altında olduqları üçün bədənlərində müdafiə funksiyaları güclənir. Hətta fikir verirsinizsə, həbsxanada olan insan azadlığa çıxdıqda bədəninin müxtəlif yerlərində xəstəliklər əmələ gəlir. Çünki bədən birdən birə boşalır, qan güclü şəkildə orqanlara axır. Orqan qida və maddələrin bolluğuna kifayət qədər reaksiya verə bilmir. Ona görə də, hansı orqanda çatışmazlıq varsa, ekstremal şəraitdən çıxdıqda özünü büruzə verir”.

Həkim qeyd edib ki, zəlzələ şəraitində də insan böyük bir yükün altına düşür: “Həmin şəraitdə geniş hərəkət imkanları olmayan, susuz, ac insan o qədər gərgin vəziyyətə gəlib çatır ki, orqanizm ağırlığı aradan qaldırmaq üçün tam səfərbər olur. Tam səfərbər olduğuna görə də yadına nə yemək, nə içmək düşür. Çıxdıqdan sonra yadına düşür ki, mən neçə gündür nə yemək yeyirəm, nə də su içirəm. Ona görə də, belə vəziyyətlərdə insan daha uzun müddət sağ qala bilər”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR