• Bakı 17° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

KTMT-nin Ermənistana yardımı nə vəd edir?

SİYASƏT

24 Noyabr 2022 | 11:06

KTMT-nin Ermənistana yardımı nə vəd edir?

Xəbər verdiyinmiz kimi, KTMT Təhlükəsizlik Şurasının Ermənistana yardım göstərilməsi ilə bağlı qərar layihəsinə ümumi razılıq verilib.

Bakıvaxtı.az-ın məlumatına görə, KTMT-nin baş katibi Stanislav Zas KTMT bildirib ki, Qafqaz regionunda Ermənistanın və digər iştirakçıların sülh sazişlərinə nail olmaq, sərhədləri leqallaşdırmaq və nəqliyyat kommunikasiyalarının blokadadan çıxarmaq üçün səyləri müsbət rol oynayır: “Bununla belə, Ermənistan-Azərbaycan sərhədində hələ də gərginlik var”.

Onun sözlərinə görə, KTMT-nin Böhran Vəziyyətlərinə Nəzarət Mərkəzindən daxil olan məlumatlar Ermənistan-Azərbaycan sərhədində demək olar ki, hər gün atışmaların baş verdiyini təsdiqləyir. S.Zas qeyd edib ki, bu baxımdan, Kollektiv Təhlükəsizlik Şurasının üç növbədənkənar iclasının (may, sentyabr, oktyabr) müzakirələri Ermənistan Respublikası üçün yaranan təhlükələrə həsr olunub: “Ümumiyyətlə, Kollektiv Təhlükəsizlik Şurasının KTMT-nin monitorinq missiyasının nəticələri və tövsiyələri əsasında Ermənistan Respublikasına yardım göstərilməsi üzrə birgə tədbirlər haqqında qərar layihəsi razılaşdırılıb”.

KTMT-nin bu yardımı Ermənistanı yenidən müharibəyə təhrik edə bilərmi?

Politoloq Zərdüşt Əlizadə Bakıvaxtı.az-a bildirib ki, müharibə yenidən başlaya bilməz. Onun sözlərinə görə, buna Ermənistanın maddi, bəşəri, fiziki və əsasən də mənəvi imkanları yoxdur: “Müharibə qurtardı. İndi sülh axtarmaq lazımdır”.

Müsahibimiz deyib ki, KTMT-nin Ermənistana kifayət qədər silah yardımı göstərmək imkanı yoxdur. Politoloq qeyd edib ki, silah istehsalçısı Rusiyadır, onun isə özünün silaha ehtiyacı var: “Rusiya bu gün bütün dünyadan silah yığır. KTMT isə Ermənistana belə yardım edə bilməz ki, getsin başqa ölkələrdən silah alsın”.

Sülh sazişinin ləngiməsinə gəlincə, Zərdüşt Əlizadə bildirib ki, bu, Fransa və Rusiyanın istəmədiyinə görədir: “Çünki onlar öz maraqlarını təmin etmək istəyirlər”.

Nuranə Daxilqızı

 


SON XƏBƏRLƏR

25 Aprel 2024