• Bakı 12° C

    3.83 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Zərifə Əliyeva" gəmi-bərəsi ilk səfərini həyata keçirəcək - VİDEO

CƏMİYYƏT

04 May 2022 | 19:14 | Müəllif: Subhan Mahmudov

"Zərifə Əliyeva" gəmi-bərəsi ilk səfərini həyata keçirəcək - VİDEO

Azərbaycanda inşa olunan "Ro-Pax" tipli "Zərifə Əliyeva" gəmi-bərəsi ilk səfərini Bakı Limanından həyata keçirəcək.

Limandan Bakıvaxtı.az-a bildirilib ki, hazırda Bakı Limanında gəminin yüklənməsi operativ şəkildə həyata keçirilir. İlk səfərini Qazaxıstanın Kurik limanına edəcək gəmi-bərə vasitəsilə 37 (TIR), 1 yük maşını, 20 minik maşınının daşınması nəzərdə tutulur. Yaxın saatlarda gəminin Bakı Limanından yola salınması planlaşdırılır.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə bu ilin aprelin 28-də istifadəyə verilən "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə (ASCO) məxsus gəmini otuz nəfərlik heyət üzvü idarə edir və bu gəmi-bərə ilə eyni vaxtda 100 sərnişin, sistern tipli 56 vaqon və ya 50 yük avtomobili/TIR daşımaq mümkündür.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026