• Bakı 15° C

    13.64 m/s

  • USD - 1.7

    EUR - 1.8246

    RUB - 0.0185

Azərbaycan kubokunda finalçılar müəyyənləşdi - YENİLƏNİB

İDMAN

24 Aprel 2024 | 22:21

Azərbaycan kubokunda finalçılar müəyyənləşdi - YENİLƏNİB

Futbol üzrə Azərbaycan Kubokunda ikinci finalçı müəyyənləşib.

Bakıvaxtı.az xəbər verir ki, cavab matçında "Qarabağ" "Neftçi"ni sınağa çəkib. Qarşılaşma Ağdam təmsilçisinin qələbəsi ilə bitib - 4:1.

İlk matçda da rəqibini dörd qolla üstələyən "Qarabağ" finala vəsiqə qazanıb.

Ölkə çempionu iyunun 2-də həlledici görüşdə "Zirə" ilə üz-üzə gələcək.

 

***20:10

Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib.

Bakıvaxtı.az xəbər verir ki, yarımfinalın ilk cavab matçında "Qəbələ" öz meydanında "Zirə"ni qəbul edib.

Qarşılaşma paytaxt klubunun qələbəsi ilə bitib - 2:0.

İlk görüşdə rəqibini 2:1 hesabı ilə üstələyən "Zirə" finala yüksəlib.

Qeyd edək ki, yarımfinalın ikinci cavab oyununda "Qarabağ" "Neftçi" ilə üz-üzə gələcək. Görüş bu gün, saat 20:00-da başlayacaq. İlk cavab oyununda "Qarabağ" 4 cavabsız qolla qalib gəlib.


SON XƏBƏRLƏR

05 May 2024