• Bakı 14° C

    5.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Zurabişvilidən Saakaşvili ilə bağlı müraciət

DÜNYA

17 Noyabr 2021 | 20:32 | Müəllif: Subhan Mahmudov

Zurabişvilidən Saakaşvili ilə bağlı müraciət

Gürcüstan Prezidenti Salome Zurabişvili eks-prezident Mixail Saakaşvilinin mülki klinikaya köçürülməsi üçün hakimiyyətə müraciət edib.

Axar.az xəbər verir ki, S.Zurabişvili eks-prezidentin sağlamlığı ilə bağlı yarana biləcək problemin ölkədə qarşıdurmaya səbəb ola biləcəyini vurğulayıb.

"Bu səbəbdən Saakaşvilinin sağlamlığı mütləq şəkildə qorunmalıdır".

Zurabişvili xəstəxanaya köçürülən zaman Saakaşvili ilə bağlı yayılan kadrlarla bağlı hökuməti tənqid edib, kadrların yayılmasını qəbuledilməz adlandırıb:

"Eks-prezident adi məhbus ola bilməz, o, xüsusi məhbusdur - ölkəmizin siması bizim ona necə münasibət göstərdiyimizdə, ləyaqətinin necə qorunacağında əks olunur.

Cəmiyyət və beynəlxalq ictimaiyyət ona qarşı ən yüksək standartların tətbiqini tələb edir. Keçmiş prezidentin ləyaqəti qorunmalıdır. Belə ki, keçmiş prezident hər necə olsa, dövlətlə bağlıdır və bu statusa hörmət edilməlidir. Onun şərəf və ləyaqətini ləkələyən kadrların yayılması qətiyyən yolverilməzdir. Ölkəmizin siması bizim ona necə yanaşdığımızda əks olunur.

Bütün bu müddət ərzində mən keçmiş prezidentin səhhəti ilə bağlı aidiyyəti qurumlardan, xalq müdafiəçisindən, dövlət müfəttişliyindən və Səhiyyə Nazirliyindən məlumat almışam”, - Zurabişvili bildirib.(Axar.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026